Azərbaycan ağır atleti beynəlxalq turnirin qalibi olub
Azərbaycanlı ağır atlet İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Kakhi Cup 2024 beynəlxalq turnirinin qalibi olub.
İdmançı birdən qaldırmada 148 kq, təkanla qaldırmada isə 181 kq-ı başı üzərinə qaldırıb. Rüstəmovun ümumi nəticəsi 329 kq (148+181) olub ki, bu da ona yarışda birinci yeri təmin edib.
“Dünya çempionatından yeni qayıtdıq və dincəlməyə az vaxtımız oldu. Federasiya rəhbərliyinin dəstəyi sayəsində bu turnirdə iştirak edə bildim. Bütün yanaşmaları uğurla başa vuraraq, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş faciəvi təyyarə qəzası hamımıza dərindən təsir etdi. Qələbəmi təyyarənin qəhrəman heyətinə və həlak olan sərnişinlərin mübarək xatirəsinə həsr edirəm”, - deyə İsa Rüstəmov Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) rəsmi saytına müsahibəsində qələbəsini şərh edib.
Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkədə səfərdə olan Federasiyanın vitse-prezidenti Firdovsi Umudov Gürcüstan Ağır Atletika Federasiyasının prezidentinə AAF adından xatirə hədiyyəsi təqdim edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.