Mütərəqqi ənənə - idmana və idmançılara qayğı
“Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk”.
Ulu Öndər Heydər Əliyev
Ölkəmizdə yeni nəslin, gənclərin sağlam formalaşması, onların idmana təşviqi, idmana və idmançılara diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir.
İdmanımızın bugünkü geniş vüsəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır, desək yanılmarıq.
Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin müəlifliyi ilə müasir, müstəqil Azərbaycanda idman dinamik inkişaf yolundadır. İldən-ilə artan uğurlar buna bariz nümunədir.
Respublika Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı ötən il ölkə miqyasında idman sahəsində görülmüş işləri yüksək qiymətləndirib: “Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir…Onu da deməliyəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır”.
Dövlət başçısının müntəzəm olaraq idmançılarla görüşməsi, problemləri lə maraqlanması onlardakı ruh yüksəkliyini, stimulu daha da dolğunlaşdırır.
İdmançıların dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduğunu vurğulayan Prezident deyib: “Biz ilin sonunda, ya da ki, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızı təltif edirik - dövlət təltifləri ilə, mənzillərlə. Bu proses artıq 27 ildir ki, davam edir. Çünki mən Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçiləndən sonra çox yaxşı görürdüm ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz və idmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi.”
Ölkədə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə tədbirlər həyata keçirilir. Görüş zamanı respublika rəhbərinin qeyd etdiyi “Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdu.” fikri dediklərimizi tamamlayır.
Ölkəmizdə idman öz yüksəliş dövrünü yaşayır. Bunu idmançılarımızın qələbələri ilə yanaşı respublikamızda keçirilən müxtəlif beynəlxalq idman tədbirləri də təsdiq edir.
Üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandıran, Dövlət Himnizimi səsləndirən hər bir idmançımızın qələbə Azərbaycanın qələbəsidir. 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfər kimi. Bu gün düşmən tapdağından xilas edilən əzəli yurdumuzda genişmiqyaslı layihələr gerçəkləşir, idman ifrastrukturu da yaradılır. Müzəffər Ali Baş Komandanımız çıxışında bu məqama da toxunub: “Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat.”
Yürüdülən uğurlu idman siyasəti ölkənin idman mütəxəssislərini daha peşəkar idmançılar ordusu yetişdirməyə, idmançılarımızı isə növbəti qələbələrə ruhlandırır.
Əlifağa YAQUBOV,
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru,
YAP Masallı rayon təşkilatının fəal üzvü.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.