Fərid Qayıbov: Azərbaycan Prezidenti 2024-cü ildə ölkə idmançılarının uğurlarını yüksək qiymətləndirib
Azərbaycan idmançılarının nailiyyətlərinə ən yüksək qiyməti Prezident İlham Əliyev verib.
Bu barədə jurnalistlərə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.
O xatırladıb ki, dünən dövlət başçısı idman ictimaiyyəti ilə görüşüb.
“Bu ənənə 27 ildir ki, davam edir. Başqa ölkə tanımıram ki, prezident hər dəfə ilin sonunda idmançılarla görüşüb onlara mənzillər versin. İlham Əliyevin qeyd etdiyi kimi, ilin ən mühüm yarışı Yay Olimpiya Oyunları olub”, - deyə nazir bildirib.
F.Qayıbov idmançıların 2024-cü ildə əldə etdikləri nəticələr, o cümlədən Paris Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanaraq medal sıralamasında 30-cu yer tutmalarından danışıb. O, bu il 73 kq çəki dərəcəsində Avropa, dünya və Olimpiya Oyunları çempionu olmuş cüdoçu Hidayət Heydərovun nailiyyətlərini xüsusilə vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.