Taekvondo üzrə Azərbaycan çempionatı matəm günü ilə əlaqədar təxirə salınıb
Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda keçirilməsi nəzərdə tutulan gənclər və gənclər arasında Azərbaycan çempionatı, eləcə də böyüklər arasında Azərbaycan çempionatı çərçivəsində taekvondo döyüşləri matəm günü elan olunduğu üçün təxirə salınıb.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Federasiyadan bildirilib ki, bu yarışlar dekabrın 27-də davam etdiriləcək və dekabrın 29-da başa çatacaq.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Arilines” şirkətinin “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər, o cümlədən 42 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub. Son məlumata görə, təyyarə qəzasında 32 nəfər sağ qalıb. 26 dekabr hadisə ilə bağlı Azərbaycanda matəm elan edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.