Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin hesabat yığıncağı
Dekabrın 25-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun sədrliyi ilə 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında idarə aparatının əməkdaşları və idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Hesabatı giriş nitqi ilə idarə rəisi Bəxtiyar Qılıncov açaraq 2024-cü ildə görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələlərlə bağlı məlumat verib. Həmçinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasının, internet resurslarından, sosial şəbəkələrdən səmərəli istifadənin vacibliyindən danışıb.
Sonra idarənin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Çıxışlarda müəssisələr tərəfindən hesabat ilində görülmüş işlərdən söhbət açılıb, təkliflər səsləndirilib.
Yekunda Bəxtiyar Qılıncov tərəfindən idarə aparatının əməkdaşlarına və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.