Azərbaycan üzgüçüləri Estoniyadan 22 medalla dönüblər
20-22 dekabr günlərində Estoniyanın Tartu şəhərində üzgüçülük üzrə bu ölkənin Açıq Qış çempionatı keçirilib. Üç gün davam edən bu çempionatda Azərbaycan idmançıları da iştirak ediblər. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, turnirə 15 idmançı ilə qatılan komandamız Vətənə 7-si qızıl, 13-u gümüş və 2-si bürünc əyarlı olmaqla 22 medalla dönüblər.
Təmsilçilərimiz arasında ən yaxşı nəticəni Süleyman İsmayılzadə göstərib. Qeyd edək ki, yarışda üçü qızıl və ikisi gümüş əyarlı olmaqla 5 medal qazanan İsmayılzadə, həm də 1500 metr məsafəyə sərbəst uzməkdə Estoniyaya rekordunu yeniləyib.
Turniri uqurla bitirən təmsilçilərimizdən Oqtay Hüseynov 4 (2-2-0), Ramil Vəlizadə 4 (1-2-1), Əbdürrəhman Rüstəmov 2 (1-1-0), Fatimə Alkərəmova 3 (0-2-1), Səid Həmidov 2 (0-2-0), Rəşad Abdullayev və Məryəm Cavadova isə hərəyə bir gümüş medal qazanıb.
Yeri gəlmişkən, turnirdə Azərbaycan komandası ilə yanaşı, ev sahibi Estoniya, Latviya, Litva, Ukrayna və Finlandiyani təmsil edən 35 klubun heyətində 285 idmançı medallar uğrunda mübarizə aparıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.