Azərbaycanın tanınmış hakimi karyerasını başa vurub
Azərbaycanın tanınmış güləş hakimi Hicran Şərifov 25 illik karyerasını başa vurub.
Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, onun döşək üzərinə son çıxışı 55 kq çəki dərəcəsində Elmir Əliyevlə Rəşad Məmmədov arasında keçirilən Azərbaycan çempionatının final görüşü olub.
Qarşılaşma başa çatdıqdan sonra hakim güləş ənənələrinə uyğun olaraq fitini və qoltuqlarını döşəyə taxaraq, karyerasını bitirdiyini rəsmən elan edib. Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, H.Şərifov üç Yay Olimpiya Oyunlarında - 2008-ci il Pekin, 2012-ci il London və 2016-cı il Rio-de-Janeyroda, eləcə də Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, çoxsaylı dünya və Avropa çempionatlarında və digər mötəbər beynəlxalq yarışlarda döyüşləri idarə edib.
H.Şərifov Azərbaycan güləşi tarixində üç Olimpiadada iştirak etmiş yeganə hakimdir ki, 2012-ci ildə Londonda keçirilən Oyunların ən ədalətli hakimi kimi “Qızıl fit” mükafatına layiq görülüb. O, həmçinin “Şöhrət” və “Olimpiya” ordenləri, Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, “Tərəqqi” medalı ilə təltif edilib, “Əməkdar bədən tərbiyəsi və idman işçisi” və “Əməkdar məşqçi” adlarına layiq görülüb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.