Çempionatın ilk gününün qalibləri müəyyənləşib
Bu gün Bakı İdman Sarayında böyüklər arasında idman güləşi üzrə seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Çempionatın ilk yarış günü 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində olan yunan -Romacilar döşək üzərinə çıxaraq medallar uğrunda mübarizə aparıblar.
Bütün görüşlərini qələbə ilə başa vuran Elmir Əliyev (55 kq), Ziya Babaşov (gənclər arasında Avropa çempionu, 63 kq), Ruslan Nurullayev (72 kq, titulunu qoruyub), Qurban Qurbanov (82 kq, gənclər arasında dünya və Avropa çempionu) və Murad Əhmədiyev (97 kq) Azərbaycan çempionu adını qazanıb.
Sabah isə yunan-Romaçılar arasında daha beş çəkidə qaliblər müəyyənləşəcək.
Günün maraqlı və diqqət çəkən məqamlarından biri beynəlxalq dərəcəli hakim Hicran Şərifovun 25 illik hakimlik karyerasını bitirməsi olub. O, son olaraq 55 kq çəki dərəcəsində Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan və birincinin qələbəsi ilə bitən həlledici final görüşünü idarə edib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.