"Sabah" NTD-ni məğlub etməklə liderliyini möhkəmləndirib
Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) sayca 9-cu olan növbəti tura start verilib. Turun ilk oyunu A qrupunda yer alan Azərbaycan çempionu "Sabah"la NTD arasında olub. "Sərhədçi" İdman Mərkəzində baş tutan oyunda çempion qalıb gəlib - 68:94 (10:20, 20:22, 19:25, 19:27). Matçın ən yaxşı oyunçusu adına isə 32 xal və 15 məhsuldar ötürmə ilə dabl-dabl edən Xassani Qravett ("Sabah ') layiq görülüb. Bu qələbədən sonra aktivindəki xalların sayını 17-ə çatdıran"Sabah" A qrupunda liderlik mövqeyini daha da möhkəmləndirib.
Dekabrın 25-də həmin məkanda "Ordu"-"Lənkəran" (saat 16:00) və "Neftçi"-"Sərhədçi" (saat 19:00) oyunları keçiriləcək.
Ertəsi gün Şəkildəki OİK-də "Şəki" - "Gəncə" (saat 14:00), Sumqayıt OİK-də isə "Sumqayıt"-"Quba" (saat 19:00) qarşılaşması olacaq.
Tura dekabrın 27-də "Sərhədçi" İM-də "Naxçıvan"-"Abşeron" (saat 19:00) oyunu ilə yekun vurulacaq.
Aşağıda ABL-in Avə B qrupunda komandalarin turnir cədvəli göstərilib (cədvə "NTD - "Sabah" oyununun nəticəsi cədvəldə qeyd edilməyib).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.