Qədimi musiqi alətlərimizi Brüsseldəki "Kral İncəsənət və Tarix Muzeyi" nə hədiyyə edilib
17 və 19 dekabr 2024-cü il tarixlərində Azərbaycanın Belçika və Lüksemburqdaki səfirliyinin təşkilatçılığı ilə UNESCO üzrə Milli Komissiya qədimi musiqi alətlərimizi (tar, kamança və qaval) Brüsseldəki "Kral İncəsənət və Tarix Muzeyi" nə hədiyyə etmişdir. Təqdimat mərasimlərində Azərbaycanın tanınmış musiqiçiləri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycanın Xalq artisti, profesor Yeganə Axundova, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, “Tərəqqi” medalı laureatı, tarzən Sahib Paşazadə və Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə xanəndə, Azərbaycanın Əməkdar Artisti İlkin Əhmədov "Küçələrə su səpmişəm", "Şuşanın dağları başı dumanlı", "Sarı gəlin" xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vaqif Mustafazadə, Rauf Hacıyev, Bəhram Nəsibov, Vasif Adıgözəlov, Həsən Rzayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa etmişlər.
Tar, kamança və qavaldan ibarət muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin bənzərsiz nümunəsidir. Bu üç alət təkcə Azərbaycan musiqi mədəniyyətinin nümunələri deyil, həm də 90-a yaxın ənənəvi musiqi alətini özündə birləşdirən irsimizin zənginliyini aydın əks etdirir.
Belçikanın musiqi mütəxəssisləri muğam, eləcə də tar, kamança və qavala bağlı fikirlərini bölüşüb, muğamın böyük bir dərya olduğunu bildiriblər.
Azərbaycan musiqisi belçikalı musiqisevərlər tərəfindən alqışlarla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.