Sağlam gənclik, parlaq Azərbaycan naminə
Müasir-müstəqil Azərbaycanın yazılmaqda olan yeni tarixi bu gün bütün dünyanın diqqət mərkəzindədir.
Ölkəsinin vətəndaşının ali mənafeyini hər şeydən üstün tutan Prezidentimiz cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində respublikamız regionda və dünyada söz sahibliyi qazanıb.
Ölkəmiz XXI əsrin dinamik və hərtərəfli inkişaf mərhələsindədir. Son 21 il Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Yuxarıda sadalananlara Ulu Öndər zəkasının təcəssümü, Heydər Əliyev siyasətinin uğurlu davamı və icrası ilə nail olmuşuq.
Ümummili Liderin müəllifi olduğu neft strategiyasından bəhrələnən Azərbaycan bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.
Ölkəmizdə bütün sahələri əhatə edən dərin islahatlar həyata keçirilir. Hər bir vətəndaşın sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində kompleks addımlar atılıb və bu proses davam etməkdədir. Son günlərdə dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin artırılması bunun bariz göstəricisidir.
Möhtərəm Prezidentimiz novator siyasətçi kimi geniş və çoxşaxəli fəaliyyəti ilə Vətənimiziə sanballı töhfələr verir.
Ev sahibliyi etdiyimiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlu təqdimatıdır, desək yanılmarıq.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması fikrini Bakıda keçirilən nüfuzlu beynəlxalq yarışlar bir daha təsdiqləyir.
Prezidentimiz yeni nəslin, gənclərin milli-mənəvi dəyərlərlər əsasında tərbiyəsinə önəm verir. Ölkəmizdə sağlam, müasir, vətənpərvər gənclik formalaşıb. Məhz bunun nəticəsidir ki, 44 günlükVətən müharibəsində əsas missiyanı İlham Əliyevin respublikaya rəhbərliyi dövründə yetişən gənclər yerinə yetirdi.
Düşmən təxribatlarına cavab olaraq Ali Baş Komandanımızın “Hücum!” əmrini böyük ruh yüksəkliyilə qarşıladıq. Qüdrətli sərkərdəmizin rəhbərliyi ilə uğurlu “Dəmir Yumruq” əməliyyatı nəticəsində əzəli torpaqlarımızdakı terror yuvalarının kökünü kəsdik. Xoşbəxtik ki, 30 illik həsrətdən sonra biz gənclər də böyük Zəfərdə böyük paya sahib olduq.
Bu gün işğaldan azad edilən torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, “Böyük Qayıdış” həyata keçirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qədim yurd yerlərimizdə mədəniyyət ocaqları bərpa edilir, irimiqyaslı layihələr gerçəkləşir. Sevinirik ki, Qarabağ iqtisadi rayonunda digər sahələr kimi idman infrastrukturu da yaradılacaq, Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə və digər yerlərimizdə mötəbər beynəlxalq idman yarışları təşkil olunacaq.
Müzəffər Ali Baş Komandanımızı, qalib sərkərdəmizi ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, Azərbaycanımızın daha da güclənməsi, daha yüksək zirvələr fəth etməsi yolunda uğurlar arzulayırıq.
Ələsgər Rəhim oğlu Əliyev,
“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallı Vətən müharibəsi iştirakçısı,
Masallı şəhər sakini
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.