Azərbaycanda ilk dəfə olaraq tam məsafəyə marafon yarışı keçirilib
Azərbaycanda ilk dəfə olaraq tam məsafəyə marafon yarışı keçirilib.
Gənclər və İdman Nazirliyi, Yüngül Atletika Federasiyası və "Zyafyar" qaçış klubunun birgə təşkilatçılığı ilə 2024-cü il Azərbaycanın idman paytaxtı elan olunmuş Quba şəhərində Prezident Kuboku uğrunda yarış keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov “Prezident Kuboku”nun əhəmiyyətindən danışıb və belə kütləvi yarışların mütəmadi olaraq keçiriləcəyini bildirib.
Marafonda Türkiyə, Rusiya, Gürcüstan, Çin və Belçikadan olan qaçışçılar da daxil olmaqla 132 idmançı iştirak edib.
Marafon Quba Olimpiya İdman Kompleksində start götürüb, yarış məsafəsi 42 km 195 metr olub, iştirakçılar Heydər Əliyev prospekti ilə hərəkət ediblər.
Kişilərin çıxışlarına əsasən, saat 02:40:37 nəticə ilə “Prezident Kuboku”nun qalibi Türkiyə təmsilçisi, Əhməd Alkanoğlu, Elman Abışov finiş xəttinə ikinci, Ağa Əliyev isə üçüncü yeri tutub. Qadınların yarışında Leyla Abdinova finişə 3 saat 28 dəqiqə 48 saniyəyə çataraq birinci, Yuliya Belkova ikinci, Natalya Şiyanova üçüncü olub.
40, 50 və 60 yaşdan yuxarı yaş kateqoriyalarında kişilər arasında müvafiq olaraq Qin Zhu, Yadigar Hüseynov və Tapdıq Dadaşov, qadınlar arasında isə Aynur Kazımova və Gülpərə Əliyeva qalib olublar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.