Ölkənin güclü boksçuları müəyyənləşib
Dekabrın 15-də Bakı Boks Mərkəzində kişi və qadınlar arasında startı vrilən boks üzrə seçmə xarakterli Azərbaycan çempionatına bu gün həlledici final döyüşləri ilə yekun vurulub. 6 gün davam edən çempionatda 22-si qadın, 178-i kişi olmaqla 200 dəri əlcək ustası medallar uğrunda rinq döyüşünə çıxıb. 41 kollektivi təmsil edən kişi boksçular 13, qadınlarsa 7 çəki dərəcəsində yumruqlaşıblar. Final döyüşləri olduqca maraqlı mübarizə şəraitində keçib. Diqqətçəkən final döyüşlərinin biri 63,5 kq çəkidə baş tutub. Uzun illər bu çəkidə ölkənin bir nömrəlisi, AÇ-2024-ün bürünc medalçısı, Paris Olimpiadasının iştirakçısı Malik Həəsənovla gənclər arasında ikiqat Avropa çempionu adını daşıyan Ruslan Rüstəmov qarşılaşıb. 3 raundluq döyüş sonda çox da fərqli olmayan üstünlüklə birincinin qələbəsi ilə nıticələnib.
Daha bir maraqlı döyüş +92 kq çəki dərəcəsində baş tutub. Bu döyüşdə isə dünya çempionatəının mükafatçısı, Paris Olimpiadasının iştlrakçısı olan Məhəmməd Abdullayev Ələkbər Ələkbərovla qarşılaşıb. Açıq-aşkar üstünlüyə malik olan Abdullayev 3-cü raundda rəqibini nakauta salaraq döyüşü vaxtından əvvəl bitib.
Digər çəki dərəcələrinə gəlincə ölkə çempionu adına aşağıdakı boksçular layiq görülüblər:
Sübhan Məmmədov (48 kq), Yadigar Əliyev (51 kq), Amin Məmmədzadə (54 kq), Omar Aslanlı (57 kq), Xasmetov Maksud (60 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq) və Rauf Rəhimov (92 ka) bütün döyüşlərini qələbə ilə başa vuraraq, Azərbaycan çempionu adını qazanıb.
Qadınlar arasında isə Anaxanım İsmayılova (48 kq), Marjona Savrıyeva (52 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (63 kq), Şəhla Allahverdiyeva (66 kq) və Emili Rzayeva (70 kq) çempion tituluna sahib olub.
Komanda hesabında isə "Neftçi" (60 xal) birinci, BFL (21 xal) ikinci, "Qızıl Əlcək" (19 xal) isə üçüncü yeri tutub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.