PSJ-nin üçüncü qapıçısı klubu tərk edə bilər
Paris Saint-Germain-in üçüncü qapıçısı Arnau Tenas Fransa klubunu tərk edə bilər, jurnalist Əkrəm Konur X sosial şəbəkəsindəki səhifəsində xəbər verir.
Parislilərin ispan qolkiperinə Fransanın “Renn”, eləcə də İspaniyanın “Sevilya” və “Jirona” klubları maraq göstərir.
Bu mövsüm Arnau Tenas hələ PSJ-nin forması ilə meydana çıxmayıb, lakin qapıçı Olimpiya Oyunlarında İspaniyanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının heyətində beş oyun keçirib və qızıl medal qazanıb. Qapıçının klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 4 milyon avro olaraq qiymətləndirir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.