K. Səfərəliyeva adına Violino ifaçılarının I Beynəlxalq Festival-Müsabiqəsinin Qala konserti
19 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Kövkəb Səfərəliyeva adına Violin ifaçılarının I Beynəlxalq festival-müsabiqəsinin Qala konserti baş tutacaqdır. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış edəcəklər. Proqramda isə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
20 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində, Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu Elmira Səfərovanın 90 illik yubileyinə həsr olunan musiqi gecəsi keçiriləcək. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə solistlər - Azərbaycan Respublikasının Xalq aristləri F.Bədəlbəyli (piano), Murad Adıgözəl-zadə (piano), Azərbaycan Respublikasının Əməkdar artistləri Gülşən Ənnağıyeva (piano), Nərgiz Əliyarova (piano) və Elnarə Kəbirlinskaya (piano) dinləyicilər qarşısında çıxış edəcək.
Konsert proqramında F.Chopin piano və orkestr üçün 1 saylı konsert (I hissə), J.Brahms piano və orkestr üçün 1 saylı konsert (I hissə), W.A.Mozart piano və orkestr üçün ikili konsert (I hissə), S.V. Raxmaninov iki piano üçün 2 saylı süita yüksək ustalıqla təqdim olunacaq.
AZpress.AZ,Minə Türksoy.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.