Telman Aslanov:
Təbriklər Gözəl İNSAN.Rus dilində çap olunan kitaba imzanızı ala bilərik? Gələcəkdə inanıram həmlə Nobel di .Uğurlar can sağlıqı
Ramiz Goyushov:
Təbrik edirəm Varis müəllim. Böyük uğurdur. Sevininizi bölüşür, uğurlarınıza sevinir və daha çox olmasını arzu edirəm
Elaze Ehmedova:
Bu hissləri yaşamaqdan gözəl nə ola bilər?...
Çox qürurvericidir. Həmişə zirvələrdə olasız
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir
Azərbaycanlı yazıçının Moskvada yeni romanı çap olunub
Azərbaycan yazıçısı Varisin “Gecə reysinə bilet” adlı yeni romanı Moskvada “İSP” nəşriyyatında 5000 tirajla işıq üzü görüb.
“Müasirlər və klassiklər” adlanan ən nüfuzlu vintaj seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb.
Hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılan romana Rusiyanın tanınmış ədəbiyyat xadimləri yüksək qiymət verməkdədirlər. Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”.
Təsadüfi deyil ki, roman 2024-2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin lonq listinə daxil edilib.
Kitabın rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovdur. Baş redaktoru Marina Şunina, buraxılış redaktoru Darina Nikonovna, redaktoru Olqa Orlovadır. Layihənin prodüseri Yelena Kuvşinovadır. Romanı rus dilinə Sabina Samidxan çevirib.
Kitabı Rusiyanın ən böyük kitab satışı şəbəkələrindən (ozon, litress, wildberries, stroki.mts, ntv.plyus, moscowbooks, onlinelit, litprichal və s.) əldə etmək mümkündür.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.