Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirildi
11 dekabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi şair Məhəmməd Füzulinin 530 illiyi əlaqədar “Füzuli ili” çərçivəsində professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının təqdimetmə mərasimi keçirildi.
Təqdimat mərasimində SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli görkəmli şairin yaradıcılığının zənginliyindən danışıb, “Füzuli sənətkarlığı” kitabı haqqında fikir və düşüncələri ilə bölüşdü.
Tədbirin təşkilatçısı BMA-nın “Humanitar fənlər” kafedrasının müdiri, professor Tərlan Quliyev M.Füzulinin qəzəllərindən misal gətirib, Mir Cəlal Paşayevin dahi şairə həsr olunan kitabının əhəmiyyətindən söz açdı.
Kitabın işığına yığışan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və onun müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədli də Füzuli dühası, yaradıcılığı haqqında çıxış etdilər.
Tədbirin bədii hissəsində Əməkdar artist Nigar Məlikova, Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi Səməd Novruzov, Prezident təqaüdçüsü Aqil Məlikov və Hüseyn Məlikov əsrarəngiz ifaları ilə dinləyicilərin zövqünü oxşadılar.
Tədbir hər kəs tərəfindən böyük coşqu ilə qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.