Nigar Bağırovanın "Duyğular İşığında" adlı rəsm və foto sərgisi baş tutub
5 dekabr 2024- cü il tarixində Azərbaycan Rəssamlar İttifaqının üzvü və Azərbaycan Fotoqrafları Birliyinin üzvü Nigar Bağırovanın "Duyğular İşığında" adlı rəsm və foto sərgisi keçirilib.
Sərgidə Xalq rəssamı Arif Hüseynov, İncəsənət muzeyinin direktoru Çingiz Fərzəliyev, əməkdar jurnalist, media rəhbəri, pedaqoq Etibar Babayev, Nizami Gəncəvi adına muzeyin direktoru akademik Rafael Hüseynov çıxış edərək Nigar Bağırovanın sənəti haqqında fikirlərini, təəssüratlarını bölüşüblər. Bildiriblər ki, Nigar Bağırovanın yaradıcılığı Azərbaycan incəsənətinin zənginliyini nümayiş etdirən əvəzsiz nümunələrdən biridir. O, adi rənglərdən və texnikalardan istifadə edərək, əsərlərində həm duyğuları, həm də təbiətin müxtəlifliyini mükəmməl şəkildə birləşdirir. Nigar Bağırovanın sənətindəki ən diqqətəlayiq xüsusiyyət onun rənglər arasındakı harmoniyanı qurmaq bacarığıdır. Onun əsərlərində işıq, kölgə və rəng çalarlarının unikal uyğunlaşması yalnız gözəllik yaratmaq üçün deyil, həm də dərin mənalar ifadə etmək üçün istifadə olunur. Hər bir əsəri həm fərdi duyğuların ifadəsi, həm də universal estetik dəyərlərə müraciət kimi dəyərləndirilə bilər. Bu yanaşma onu rəssamlıq sahəsində fərqləndirir və əsərlərinə həm milli, həm də universal səviyyədə maraq yaradır. Rafael Hüseynovun sözlərinə görə Nigar Bağırova sənətdə yalnız texniki bacarığı ilə deyil, eyni zamanda duyğusal dərinliyi ilə də diqqəti cəlb edir. Onun yaradıcılığı, rənglərdən sözsüz bir dil kimi istifadə edərək, izləyiciləri düşünməyə və hiss etməyə dəvət edir. Tədbirdə Latviya və Slovakiyanın Azərbaycandakı səfirləri Edqars Skuya, Milan Layçak və digər xarici qonaqlar da iştirak ediblər.
Fotoqraf : Mahir Əhmədov
Müxbir : Günay Novruzqızı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.