Fəridə Ağazadə:
Aydın Tağıyevin “Vətən marşı”
Müvəffəqiyyət asanlıqla gəlmir, lakin zəhmət və qətiyyət sayəsində heyrətamiz uğurlar əldə etmək olur. Ailəmizin dəyərli dostu çox hörmətli Aydın qardaşım, "Vətən Marşı" nız artıq iki ildir ki, bizim həyatımızın ayrılmaz parçasına çevrilib. Dinlədikcə ruhumuz əsil musiqinin şəfasını tapır. Sizin kimi fədakar, qətiyyətli, zəhmətkeş, vətənpərvər insana sadəcə və sadəcə uğurlar diləyirəm. Başda siz olmaqla əməyi keçən hər kəsə sonsuz təşəkkür edirəm. Əminəm ki, dinlədikcə təkrar-təkrar dinləmək istəyəcəksiz. Çünki çox möhtəşəmdir. Uğurlar!
"Vətən Marşı"
Söz və klip ssenari müəllif: Aydın Tağıyev
Əsərin bəstəkarı və musiqi prodüsseri: Camal Qurbanov
Rejissor: Ramal Nəsibli
İfaçılar: Xalq artisti Alim Qasımov Qasımov, Əməkdar artist Şölə Səfərəliyeva və tanınmış müğənnilər Amina Şirinova, Cavidan Fatihi, Anar Əhmədli, Tofiq Hacıyev və Murad Laçınlı ifa ediblər. Klipin istehsalı "Kingstar Production" və "Lua Media" şirkətlərinə məxsusdur.
Eyni zamanda klipdə tarda Samir Səlimov, kamançada Pərviz Əliyev, zərb alətlərində Vəfadar Ramiz, bass gitarada Hüseyn Əliyev, fon vokalda "Lua Family" ifa edirlər.
Qeyd edək ki, “Vətən Marşı” şeiri bir neçə ay öncə aktyorlar tərəfindən də səsləndirilib.
Videonu izləmək üçün: https://www.facebook.com/100016383273819/videos/498407569884149
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.