Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib
25 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert
keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı konsert haqda dinləyicilərə geniş məlumat verib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Sahib
Paşazadə, Ramil Qasımov, Televiziya Muğam müsabiqəsi laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat öz ifalarını musiqisevərlərə təqdim edib.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
AZpress.AZ,Minə Türksoy.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.