Məmməd Əvəzoğlu:
Səni axtarıram
Bəlkə də görəcəm günün birində,
Küsən bənöfşənin bitən yerində,
Gəzirəm bağların dərinliyində,
Quş necə axtarır dəni, əzizim,
Səni axtarıram, səni, əzizim.
Sən də mənim kimi sevgi yalqızı,
Sənə bənzədirəm hər gülən qızı,
Ömrümün tələsən soyuq payızı
Bürüyüb dövrəmə çəni, əzizim,
Səni axtarıram, səni, əzizim.
Dan yerin hər səhər həsrətin sökür,
Sənsiz gündüzümə qaranlıq çökür,
Ağaclar ayrılıq yarpağın tökür,
Məni tanımadı xəzəl dənizim,
Səni axtarıram, səni, əzizim.
Başımın üstündə sarı çətirdi,
Payızın ətri də haman ətirdi
Məni xatirələr çəkib gətirdi,
Bəlkə buralarda qalıb bir izim,
Səni axtarıram, səni, əzidim.
Məmməd Əvəzoğlu.13.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.