"Bölgə teatrlarının Bakı premyeraları" - Lənkəran teatrı iki tamaşa ilə paytaxtda
"Bölgə teatrlarının Bakı premyeraları" - Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəldi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bölgə teatrlarının Bakı premyeraları" adlı yeni layihə həyata keçirilir. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.
Layihə çərçivəsində Lənkəran Dövlət Dram Teatri 29-30 oktyabr tarixlərində Bakıda qastrolda oldu. Oktyabrın 29-da qonaq kollektivin təqdimatında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrinin səhnəsində yeni səhnə əsərinin - "Tanrı quşu gəlmədi" tamaşasının premyerası keçirildi.
Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan "Tanrı quşu gəlmədi" tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.
Psixoloji-dram janrlı səhnə əsərinə teatrın baş rejissoru Anar Babalı quruluş verib.
Quruluşçu rəssam Tərlan Sadıqov, bəstəkar Aydan Əliyevadır.
Tamaşada rolları Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Mələykə Cəfərova, Elçin Hacıyev, Əlizamin Abbasov, İmaməli Əskərov və Zeynal Məmmədzadə ifa edirlər.
Lənkəran teatrı layihə üzrə oktyabrın 30-da Xalq yazıçısı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırladığı "Casus" tamaşasını da Akademik Milli Dram Teatrında nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıǝləsgərlidir.
AZpress.AZ saytının fotomüxbiri - Mahir Əhmədov.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.