BMA-da kitab təqdimatı keçirilib
25 oktyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, tanınmış skripka ifaçısı, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın “Violino sənətinin tarixi” dərsliyinin və Yavər Nemətlinin “Milli ifaçılıq sənətimizin Zəhrası” adlı kitabının Təqdimat mərasimi keçirildi.
Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ön sözlə çıxış edərək, təqdimatı olan kitabların musiqi mədəniyyətimizə böyük töhvə olduğunu qeyd etdi. Eyni zamanda Zəhra xanımın istedadlı musiqiçi, zəhmətkeş insan, dəyərli pedaqoq olmasından, həm də yüksək dil qabiliyyətinə malik olan zərif xanımın aparıcılıq qabiliyyətindən də söz açaraq, ona yeni yaradıcılıq uğurları arzu etdi.
Sonra söz Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyevaya, Əməkdar incəsənət xadimi, professor Həcər Babayevaya, Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundovaya, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın doktorantı Yavər Nemətliyə verildi.
Onlar da Zəhra xanımın musiqi sənətimizdəki əməyini, zəhmətini, pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək, ona xoş arzularını bildirdilər.
Ardınca Zəhra xanım çıxış edərək, belə bir əhəmiyyətli gündə ona dəstək olan həmkarlarına və bu dəyərli kitabların ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.
Musiqi müşayiətilə təqdimat mərasimi daha da rəngarəng ab-havaya büründü.
Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe-Sabah“ violinoçular ansamblının ifasında Yoahim Yohovun “Detaşe Vals”, İohan Bramsın “Macar rəqsi”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs (Müşayiət edir: Səbinə Muradova) əsərləri səsləndirildi.
Tədbir hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.