Bakı Musiqi Akademiyasında dəyirmi masa keçirildi
23 oktyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənlər“ kafedrasının müdiri, professor Tərlan Quliyev tərəfindən “Azərbaycan dilinin akademik və işgüzar funksiyaları barədə” mövzusunda dəyirmi masa keçirildi.
Professor T.Quliyev Azərbaycan dilinin qədim tarixə malik olmasından, orta əsr qəzəl dühalarının ana dilimizdə ölməz əsərlər yaratmasından bəhs edib, dilimizin zənginliyini Məhəmməd Füzuli, İzzəddin Həsənoğlu və s. dahi şairlərimizin yaradıcılığına istinad edərək vurğuladı.
Sonra söz Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Süleymanovaya, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, elmlər namizədi, dosent Şəhla Xəlilliyə, BMA-nın “Humanitar fənlər” kafedrasının dosenti Mehriban Cavadovaya, Filologiya üzrə fəlsəfə doktoru Yaqut Quliyevaya, “Humanitar fənlər” kafedrasının əməkdaşı İlkin Eminovaya verildi. Onlar da Azərbaycan və Türk dilləri əlyazmalarda, dilimizin bədii üslubu mövzusu ilə çıxış etdilər.
Ardınca T.Quliyevin Qobustan rayonunda apardığı tədqiqatlar video-çarx vasitəsilə nümayiş olundu.
Sonda Bakı Musiqi Akademiyasının tələbələri Məhəmməd Füzuli yaradıcılığına müraciət edərək, qəzəllər səsləndirdilər.
Müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir hər kəs tərəfindən böyük maraqla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.