Rusiya Federasiyasının əməkdar artisti BMA-da ustad dərsi keçib
2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor, Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına səfəri təşkil olunmuş, gənc musiqiçilərlə ustad dərslər keçmişlər.
22 oktyabr tarixində səfər çərçivəsində Qnesin adına Rusiya Musiqi Akademiyasının prorektoru, sənətşünaslıq doktoru, psixologiya elmləri doktoru Dina Kirnarskayanın “Musiqi sənətinin cəmiyyətdə və təhsil sistemində təbliği” mövzusunda mühazirəsi keçirildi.
Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, Dina Kirnarskayanı dinləyicilərə təqdim etdi.
Müəllim və tələbə heyətinin iştirak etdiyi mühazirə faydalı məlumat zənginliyi ilə hər kəs tərəfindən böyük maraqla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.