WACS Dünya Kulinariya Konqresində Azərbaycan kitablarının təqdimatı olub
20-22 oktyabr 2024-cü il tarixdə Sinqapurda keçirilən WACS- ın Dünya Kulinariya Konqresində Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyevanın ingilis dilində “Sevgi . Şirin , amma şəkərsiz “ kulinariya kitabı və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi çərcivəsində Azərbaycan Milli Kulinariya Assosiyasiyasında hazırlanmış“Qərbi Azərbaycanın Şirin inciləri” kitabı ən yaxşı hədiyyə kimi təşkilatın rəhbərliyinə və müxtəlif ölkələrin Kulinariya təşkilatlarının başqanlarına təqdim edildi.
Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən yazılmış "Qərbi Azərbaycanın Şirin İnciləri" adlı bu kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların disturların bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.
Kitabın ön sözü Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün xanım Əliyevanındır.
Təqdim edilən kitab iki dildə – Azərbaycan və İngilis dillərində təqdim olunur və 220 səhifədən ibarətdir.
Kitabda Qərbi Azərbaycan mətbəxinə aid bərpa edilmiş ənənəvi şirniyyat düsturları ilk dəfə geniş şəkildə təqdim olunur. Sucuq, alana, İrəvan kətəsi, saray paxlavası, adi paxlava, xurma südü, göyçə badamburası, cilov kimi şirniyyatlar bu mətbəxin inciləri olaraq ilk dəfə oxuculara nəfis şəkildə təqdim edilib. Üz qabığında isə ermənilərin özününküləşdirməyə çalışdığı bu şirniyyatların rəsmləri yer alır. Kitabın son üz qabığında isə "Kəvər" adlı toponimdən götürülmüş paxlavanın təsviri əks olunub.
Kitabda geniş mövzulara toxunulub: unlu və qənnadı məmulatlarından başlayaraq, meyvə quruları, mürəbbələr, şəkərləmələr və içkilərə qədər müxtəlif şirniyyatlar ətraflı şəkildə təsvir olunub. Həmçinin, kitabın sonunda 58 ədəd ədəbiyyat siyahısı və bu sahə ilə bağlı məlumatlar verən 63 respondent haqqında məlumat yer alır.
Kitab həm tədqiqatçılar, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz bir qaynaqdır.
Kitab AMEA-nın Gəncə Bölməsinin Rəyasət Heyətinin 02. 07. 2024 tarıxli 6/7 saylı qərarı ilə nəşr olunur.
Rəyçilər;
*M.Ə. Məhərrəmov, texnika üzrə elmlər doktoru, Lənkəran Dövlət Universitetinin professoru
* Ə.H. Muxtarov, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
* C.Ə. Bəhramov, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycanın tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
Kitabın sonunda müəlliflər və əsas mənbələr haqqında məlumat və digər faydalı bilgilər yer alıb. Kitab "Nero" nəşriyyatında çap olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.