Səadət Məmmədova:
“Kino ilə böyüyən” nəsil dəyişibmi?
Kino adamları ilə söhbət həmişə maraqlıdır. Bugünlü “OMArket” kino sənayesi sərgisi onlarla ünsiyyət üçün əlverişli məkan idi.
Kinostudiyanın və kino ittifaqının əməkdaşı Azad Axundov çox koloritli kino adamıdır. Onlar kinoya bizim baxmadığımız rakursdan baxırlar.
Xeyli dərdləşdik. Kinonun dərd-səri bitmədiyi kimi, bu haqda söhbət də bitmir. Müstəqilliyin ilk illərində çəkilən filmlərə qədər bütün milli kinolarımızı əzbər bilən tamaşaçı niyə son 25 ilin filmlərinə əvvəlki marağı göstərmir? Axı seyrək də olsa yaxşı filmlər çəkilib. “Kino ilə böyüyən” nəsil dəyişibmi? Yox! Bütün nəsillər kino ilə böyüyür - amma baxır hansı kino və necə kino?
Kinonun insan tərbiyəsində və formalaşmasında rolu əvəzsizdir. Sitatımı “Leninsayağı” adlandıran Azad müəllimin zarafatına xeyli güldük…Deyirəm “Leninin o qədər yaxşı sözləri var ki, ay Azad müəllim”)))
Sovetdən qalmış “kəndə kino göstərənlər gəlib” taktikasının nəyi pisdir ki?! “Səyyar kino” yenidən dəbə düşməlidir, kino kəndlərə, məhəllələrə getməlidir, çünki kino həm də insanları birləşdirən, əyləndirən vasitədir. “Səyyar kino”nu indi çox yaxşı canlı şou platformasına çevirmək olar.
Kinonu ideoloji təsir vasitəsi kimi də müzakirə etdik. Azad müəllim deyir ki, Avropa kinemotoqrafiyasında qəhrəmana münasibət fərqli ola bilər, amma fikir vermisinizmi, Hollivud filmlərində heç vaxt qəhrəman məğlub olmur. Amerika ideologiyasını əsas götürən amerikan kino sənayesi qəhrəmanı heç vaxt məğlub etmir.
Müsəllim müəllimlə birgə qərara gəldik ki, bundan sonra Hollivud filmlərinə təzədən baxaq və bir az başqa gözlə baxaq…
Kino həyatdır, dostlar! Çünki kino əbədiyaşardır!
Axırda ya kino çəkəcəm, ya da kinoya çəkiləcəm!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.