"Ağdam və mən" layihəsi "Simurq" mükafatına layiq görülüb
Bu il “Simurq” mükafatına layiq görülənlər arasında “Ağdam və mən” layihəsi də var. Mükafat sahiblərinə təqdim olundu.
ATV kanalında yayımlanan “Ağdam və mən” sənədli-publisistik filmlər layihəsi 3 il yarımdır efirdədir, 50-dən çox bölümü efirə gedib. Sağlıq olsun, bu payızdan çəkilişlərə davam etməyi planlaşdırırıq.
ATV kanalında “Ağdam və mən”lə yanaşı “Xankəndimiz”, “Qarabağ salnaməsi”, “Yadındamı” kimi tarixi araşdlrmalar, “Komando” hərbi proqramı və Vətən Müharibəsi, Antiterror əməliyyatları qəhrəmanlarından bəhs edən vətənpərvərlik mövzularında sənədli filmlər hazırlanır. Bu mükafat və aldığım bütün digər mükafat və təriflərin hamısını bu layihələrin üzərində çalışan bütün həmkarlarıma, bütün ATV komandasına verilmiş təltif sayıram. Bu layihələrin hamısı ATV- nin teleyayımçılıq tarixinə töhfəsi, Vətən qarşısında borcu, dövlətimizin ermənilərin işğal zamanı torpaqlarımıza vurduğu dəhşətli ziyanın, tariximizə və mədəniyyətimizə dəymiş zərbənin, mədəni və ekoloji terrorun dünyaya tanıdılması kimi ideoloji fəaliyyətinə dəstəyidir. Mənim müəllifi olduğum layihəyə daim qol-qanad verən ATV rəhbəri Azər Xəlilova təşəkkür edirəm ki, “Ağdam və mən”ə ekran şansı verib və bu, teleməkanda ən uzunömürlü və davamlı postmüharibə silsiləsinə çevrilib.
Bu gün təqdim olunan “Simurq” mükafatına görə təşkilatçılara təşəkkür edirəm, əməyimizə verilən dəyərə görə minnətdaram.
Səadət Məmmədova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.