Xuraman Hüseyn
·
Onu bilmirəm
Kontrastsız, hər sözü, hərəkəti ilə
rəngsiz olduğunu göstərən,
monoton günlər yaşayan adamlar var
həyat palitrasında.
Kiminsə xoş gününü istəməz,
uğuruna sevinməz.
Darıxarsan yanında,
danışmağa sözün olmayanda
üzünə baxmağa üzün də yorular.
Tükənər sözü,
üzündən təbəssüm qeybə çəkilər,
suyu quruyan dənizə bənzəyər.
Günahkar qırışlar üzündə,
lal sükut dilində qalar
o dənizin dibində
hidrobiontların sümükləri qalan kimi.
Həyat palitrasında
zülmət rəngində dərd, qəm olmasa,
xoş günlərin əlvan çalarları
göz oxşasa
dünyanın ən gözəl guşəsində
yaşayardım mən də.
Nağıl danışmaq istəyərdim-
həyat nağılı.
Bilirəm,
göydən düşən üç almanın biri
dünəndə, biri bu gündə qalacaq,
biri isə sabahı gözləyəcək.
Gözləyə biləcəkmi
o adamların əhatəsində?
Onu bilmirəm.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.