Əlisa Qəmgin
DAŞLARA HOPDUR
10 İL ÖNCƏ YAZMIŞDIM...
Nəqqaş, sözlərimi daşlara hopdur
Daşın daş ömürü, daş yaddaşı var.
Vərəqim, dəftərim, kitabım odur
Kağız alovlanar, yanıb kül olar.
Səbr etdim, çalışdım,düşündüm xeyli
Gör nələr dünyada çaşqınlıq salıb.
Yolunu azıbdır cəhənnəm əhli
Cənnət qapısında növbəyə qalıb.
Yazılır növbəyə cəhənnəm əhli
Günahın yumaqçün cənnət bağında.
Cənnət məskunları Allaha bəlli
Fikri, düşüncəsi haqq sorağında.
Nəqqaş, sözlərimi daşlara hopdur
Daşlar sirrin verməz özgəyə, yada.
Ümidim,təsəllim,varlığım odur
Elə daş yazılar qalar dünyada.
ƏLİSA QƏMGİN .
01.10.2014
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.