Ümummilli lider Heydər Əliyevinəziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib
12 dekabr tarixində М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib. Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli Adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Gülnaz İsmayılova (soprano), Samir Cəfərov (tenor), Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov (tenor) və Emin İsmayılov (tenor) dinləyicilər qarşısında çıxış ediblər. Anım gecəsində A.Əlizadə 4 saylı Simfoniya (Final), Q.Qarayev “Yeddi gözəl” baletindən Adagio, Ü.Hacıbəyli “Sənsiz” romans-qəzəli, S.Hacıbəyov “Karvan” simfonik lövhəsi, A.Zeynallı “Ölkəm” romansı, A.Məlikov “Məhəbbət əfsanəsi” baletindən Noktürn, S.Əliyeva “Ana”, F.Bədəlbəyli “Ave Mariya” və F.Əmirovun “Azərbaycan Kapriççiosu” səslənib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.