İtaliyada Azərbaycan ənənələri və təsviri sənətin mədəni dialoqu
Müasir dövrdə milli-mədəni dəyərlərin beynəlxalq müstəvidə təqdimatı incəsənətin ən mühüm missiyalarından biridir. Bu prosesdə sərgilər mədəni dialoqun formalaşmasında xüsusi rol oynayır. 22–23 mart 2026-cı il tarixlərində İtaliyanın Cassine (AL) şəhərində, XVII əsrə aid tarixi “Palazzo Mandrilli” binasında fəaliyyət göstərən Sən1Sən Beyin Mərkəzinin Qalereyasında keçirilən “Novruz Festivalı” da məhz bu missiyanı özündə ehtiva edən mühüm mədəni hadisə kimi diqqət çəkir.
Azərbaycanın milli bayramı olan Novruzun beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyan festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə təşkil olunmuşdur. Layihənin əsas məqsədi İtaliya ictimaiyyətini Novruzun fəlsəfəsi, onun mənəvi-ruhani mahiyyəti və Azərbaycan incəsənətinin zəngin ənənələri ilə tanış etmək olmuşdur. Bu baxımdan festival yalnız sərgi xarakteri daşımamış, eyni zamanda mədəni diplomatiyanın incəsənət vasitəsilə həyata keçirilməsinin uğurlu nümunəsi kimi çıxış etmişdir. Festivalın açılış mərasimində Cassine şəhərinin meri Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər. Rəsmi qonaqların çıxışlarında Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafı, incəsənətin xalqları birləşdirən universal dil olması və Novruzun humanist dəyərləri xüsusi vurğulanmışdır.
Novruz Festivalı çərçivəsində təşkil olunan sərgilər öz konseptual yanaşması və tematik müxtəlifliyi ilə seçilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət olan “Kontrast”, “Sabahın izləri” və “İşığa doğru” adlı sərgiləri müasir Azərbaycan təsviri sənətinin ideya-estetik axtarışlarını nümayiş etdirmişdir. Bu sərgilərdə təqdim olunan əsərlər rəng, forma və kompozisiya həllində fərdi yaradıcılıq üslublarını əks etdirməklə yanaşı, milli-mədəni və çağdaş bədii düşüncə arasında harmoniyanı əks etdirmişdir.
Festival çərçivəsində keçirilən “NovruzFest” və “Sərhədsiz rənglər” adlı qrup sərgiləri isə uşaq rəssamların və açıq çağırış əsasında seçilmiş Azərbaycanlı sənətkarların yaradıcılıq nümunələrini əhatə etmişdir. Bu sərgilər xüsusilə diqqətəlayiq olmaqla yanaşı, incəsənətin yaş və coğrafi sərhədlər tanımadığını, bədii düşüncənin universallığını və Novruzun birləşdirici ruhunu nümayiş etdirmişdir. Uşaq yaradıcılığında müşahidə olunan saflıq duyğuları, rənglərin əlvanlığı və mövzuya yanaşmanın səmimiliyi festivalın ümumi atmosferinə xüsusi dinamika qatmışdır.
Palazzo Mandrilli qalereyasının artıq 19-cu dəfə Azərbaycan incəsənətinə həsr olunmuş sərgiyə ev sahibliyi etməsi Piemont regionunda mədəni əməkdaşlığın davamlı xarakter aldığını göstərir. Bu məkan tədricən İtaliya ilə Azərbaycan arasında incəsənət körpüsünə çevrilərək, mədəni diplomatiyanın effektiv platforması kimi fəaliyyət göstərməkdədir. Burada təşkil olunan sərgilər yalnız bədii təqdimat deyil, həm də milli dəyərlərin Avropa məkanında təbliği, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın inkişafına xidmət edir. Novruz Festivalının İtaliya ictimaiyyəti və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanması Azərbaycan incəsənətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Festival bir daha sübut etdi ki, incəsənət xalqları birləşdirən, mədəni sərhədləri aradan qaldıran və milli kimliyi qlobal müstəvidə təqdim edən ən təsirli vasitələrdən biridir.
Beləliklə, Cassine şəhərində keçirilən “Novruz Festivalı” Azərbaycan incəsənətinin Avropa məkanında uğurlu təqdimatı olmaqla yanaşı, milli-mədəni dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Bu cür layihələr mədəniyyətlərarası dialoqu gücləndirməklə, Azərbaycan incəsənətinin bütün dünyada layiqli yer tutmasına xidmət edir və gələcək beynəlxalq sərgilər üçün güclü zəmin yaradır.
Ziyarət Cabarova Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.