Müctəba Xamenei "Hizbullah"a dəstəyin davam edəcəyini açıqladı
İranın Ali Lideri Ayətullah Müctəba Hüseyni Xamenei Livanın Hizbullah təşkilatını İsraillə qarşıdurmada dəstəklədiyini bildirib.
Xamenei Hizbullahın baş katibi Şeyx Naim Qasimin göndərdiyi başsağlığı məktubuna cavab olaraq bir mesaj yayımlayıb.
İran lideri mesajında ABŞ və İsraili "İslam dünyasının ən and içmiş düşmənləri" adlandırıb.
O, mesajda yazıb: "Siz bu kritik və tarixi anda bu hərəkata rəhbərlik edirsiniz, Livandakı bu mübarək müqavimətin ön sıralarında dayanırsınız."
İranın Ali Lideri Hizbullahın "sionist düşmənin planlarını pozub məhv edə biləcəyinə və Livan xalqına bir daha sülh və ləyaqət daddıra biləcəyinə" ümid etdiyini bildirib.
Xamenei İranın Hizbullahı dəstəkləməyə davam edəcəyini vurğulayıb.
"Qətiyyətlə bir daha təkrarlayıram ki, İranın mərhum liderinin yolunu davam etdirmək qətiyyətli siyasəti sionist-amerikan düşməninə qarşı müqaviməti dəstəkləməyə əsaslanır", - deyə o bildirib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.