Bakıdakı Rus evində konsert keçirilib
Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində daim yenilikçi addımlar atılır. Ölkəmizin istedadlı və yaradıcı təfəkkürə sahib sənət nümayəndələri bir-birindən maraqlı əsərləri ilə müxtəlif konsert salonlarında çıxış edərək, musiqisevərlərin zövqünü oxşayırlar.
Həmin konsertlər sırasına 2024-cü il 30 iyun tarixində Bakı şəhərindəki Rus evində keçirilən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının müəllimləri – sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas-bəstəkar Aytən Oqtayqızının və pianoçu-bəstəkar, Respublika və Beynəlxalq müsabiqələr laureatı Nuranə Zeynalovanın müəllif konserti daxil olmuşdur.
Yaradıcı mahiyyətli tədbir Rus evi və Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının birgə layihəsi üzrə hazırlanmışdır. Uğurlu ifalarla zəngin konsert proqramı iki müxtəlif üslubu özündə birləşdirərək öz-özlüyündə bir musiqi çələngi yaratmışdır.
Vurğulanmalıdır ki, hər iki müəllif – Nuranə Zeynallı və Aytən Oqtayqızı Üzeyir Hacıbəyli adına BMA-nın yetirmələri olmuş, Azərbaycan musiqisinin görkəmli şəxsiyyətlərindən bəhrələnmiş və nəticə olaraq, yüksək peşəkarlığa malik musiqiçi kimi püxtələşmişlər. Uzun illər boyu çoxyönlü istedadlarını – bəstəkarlıq, ifaçılıq və şairlik sənətini layiqli şəkildə nümayiş etdirərək Aytən Oqtayqızı və Nuranə Zeynalova öz yaradıcılıqlarında fərqli mövzulara toxunmuşdular. Onların əsərlərində insana xas olan ən ülvi hisslər öz əksini tapmışdır.
Təqdimat xarakterli tədbiri BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina aparırdı. Konsert gedişatında dinləyicilər olduqca maraqlı çıxışlarla qarşılaşdılar. Bir-birini əvəz edən instrumental və vokal əsərlər individuallığı ilə seçilirdilər.
Musiqi əsərləri Respublika və Beynəlxalq müsabiqələrinin laureatları tərəfindən məharətlə ifa olunmuşdur. İfaçılar arasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın “Solo oxuma” kafedrasının müəllimi Güllübəyim Məmmədova, vokal ifaçısı, BMA-nın doktorantı, Beynəlxalq müsabiqələr laureatı Rüfət Piriyev, N. Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi (BMA-nın İxtisas musiqi məktəb-studiyasının yetirməsi) Teymur Kazımov, həmçinin məktəb-studiyanın şagirdləri – VIII sinif şagirdi Beynəlxalq müsabiqə diplomantı Yusuf Məmmədli (müəllim – dosent Gülnarə Quliyeva, konsertmeyster – Səriyyə Məmmədova), II sinif şagirdi Həcər Əsədullayeva olmuşdur.
Əlamətdar məqamlardan biri – hər iki müəllifin Vətənə, Zəfərlə yekunlaşan 44-günlük müharibəyə həsr olunmuş əsərlərin konsert proqramına daxil edilməsi idi. Tamaşaçılar arasında Şəhid anasının olması bu məqamı daha da qürurlandırıcı və təsiredici etmişdir.
Uğurla keçirilən konsert bir daha təsdiq etdi ki, Azərbaycan xalqının xüsusi istedada, biliyə malik musiqiçiləri durmadan öz yaradıcı fikirlərini reallaşdırırlar.
Şəfəq Hacıyeva
musiqişünas
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.