18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Arif Fərzəli: “Ölü leyləklər”

11 ay əvvəl 281 01

Arif Fərzəli:

“Ölü leyləklər”

(hekayə)

İclasdakı həngamədən sonra beyninə sıçramış ağrı nəfəsini kəssə də, həkimə müraciət etmədi. Yəqin, “Bir azdan toxtayar”-deyə düşündü.  Hər ehtimala qarşı, öz “resept”i üzrə yüngülvari “müalicə” aldı. Evə gedərkən, yolunu həmişə yeyib-içdiyi kafedən salıb, sevimli “dərman”ından iki çappa ötürdü...

Qapıdan girən kimi, erkən dönüşünə təəccüblənən ailə üzvlərinin sorğulu  baxışları altında birbaşa yataq otağına keçdi. Qalstukunu belə çıxarmadan, kostyumdaca yerinə uzandı... Ancaq hər nə qədər yatmağa çalışdısa da, heç mürgüləyə bilmədi. Ta hava işıqlaşanacan nırra vura-vura sağa-sola çöyrükdü...

Bir qayda olaraq, evə gec, çox vaxt sərxoş halda gəldiyindən həyat yoldaşı səhərlər onu güc-bəla ilə oyadırdı. Özünə gətirib dikəldənəcən yarı qatı gedirdi. İndi isə, uzun illərdən bəri ilk dəfə “könüllü” qalxdı. Əlbəttə, yuxudan yox, çarpayıdan. Həm də, sübhün gözü tam açılmamış...

Ayaqyolunda xeyli yubandı və oradan mızıldana-mızıldana qayıtdı: “Elə bir girgimiz çatmırdı. Axı baş hara, qarın hara?!...” Ağrı bədəninin hər tərəfinə yayılmışdı. Mədəsi, bağırsaqları sancıdan doğranırdı.

“Bəlkə soyuq araq?..” Tez də, əziz “dost”undan şübhələndiyi üçün özünü qınayıb, fikrində “düzəliş” elədi: “Birinci kərə deyil ki, buzxanaya  qoydurub içirəm...”

Yarıbükülü vəziyyətdə əlüzyuyana yaxınlaşdı. Kranı aça-aça, sabunqabı ilə yanaşı bərkidilmiş balaca güzgüyə baxdı. Bir neçə dəfə suyu ovuclayıb gözlərinə çırpsa da, sifətini görə bilmədi. “Bu niyə qudurub belə?..” Az qaldı, üstünə qışqırsın ki, göstərməyin öhdəsindən gələ bilmədiyinə görə səni çıxarıram işdən, qovuram evimdən... Amma həmin andaca qərarından daşındı. Dünənki iclası xatırlayıb, səsini içində boğdu. Güzgünün vida əmrini imzalamadı... Özünü vəzifədən kənarlaşdırmışdılar.

Qırışmış  pencəyinin döş cibindən çıxartdığı darağı möhür kimi bərk-bərk sıxmağına da utandı. Saçına aparanda isə çox  qəraib hadisə törədi. Tüklərinin arasından quaq əvəzinə, daş, kərpic yağırdı yerə. Suvaq, beton ovulub tökülürdü. Şalban, şifer qopub düşürdü. Dövlətdən çırpışdırdığı növbənöv tikinti materialları sanki indicə canlanacaqdı. Qarabalıq tək yavaş-yavaş mühasirəni daraldıb, dörd yandan bədənini dartışdıracaqdı.

Durumunun çıxılmazlığını dərk edincə vahimələndi. Ürəyi sıxıldı. Təngişdi. Şəhadət və orta barmağını qoşalayaraq, dünəndən boynunda qalan qalstukunu boşaltmaq istədi. Amma dərhal da əlini geri çəkdi. Hətta cızılıb-cızılmamasına baxdı. Elə bil ipək parçaya yox, çalınmış mismarlar o tərəfinə keçmiş taxta qırığına toxunmuşdu: “Nə baş verir axı?!..”

Çözüb-çözələyib sual cavablandırmağın məqamı deyildi. İlk növbədə bağrını çatladan bu mübhəmlikdən canını qurtarmalı idi... “Qaçmaq” sözünü şəninə sığışdırmayıb  yumşaltdı: “Getmək lazımdır”... Ancaq hara?

Həftənin beş günü hər səhər nəfsini itiləyib yollandığı idarənin qapısı birdəfəlik üzünə bağlanmışdı. Restoranların, barların müştəri qəbuluna hələ saatlar qalırdı. Yır-yığış elənməmiş peyda olan qonağı isə heç doğmaca qardaş da isti qarşılamazdı... Nə qədər fikirləşdi, bunlardan savayı ərk edə biləcəyi məhrəm ünvan ağlına gəlmədi...

Dünən, o məşum iclas başlayarkən, sədrin iştirakçılardan tələbinə əməl edərək söndürdüyü telefonunu açdı. Arayıb-axtaran yox idi. Təkcə, daha ondan ötrü nazəndəliyi keçmişdə qalmış katibə iş vaxtı bitənə yaxın  səs atmışdı. Salamsız-kəlamsız, zərrəcə təskinlik vermədən, bir quru cümlə ilə kifayətlənmişdi: “Sizi sabah saat doqquza prokurorluğa çağırıblar”...

Xoflandı. İşdən çıxarıldığına görə keçirdiyi təəssüf hissini həyəcan əvəzlədi: “Başımın üstünü nə tez aldırdılar?!...”

Xəbər xoş olmasa da, hər halda, getməyə yer tapılmışdı.

Tələsik əynini dəyişib evdən çıxdı. Həm də son iyirmi ildə ilk dəfə pay-piyada. Bərayi-ehtiyat üç gün əvvəl yüz min dollara aldığı maşını minmədi. “Allah eləməmiş, birdən...”

Alaqapıdan keçib əsas küçəyə buruldu. On-on iki addım atmışdı ki, ayaq saxladı. Xəndəyin döşünə yapıxmış ağ topacıq diqqətini çəkmişdi. Lap yaxına gəlib, nə olduğunu dəqiqləşdirdi. Leylək idi. Tükünün tökülməsi, üfunət saçması çoxdan öldüyünü göstərirdi. Araşdırma aparırmış kimi ətrafa göz gəzdirdi. Yuxarı baxanda hər şeyi anladı. Başının üstündən yüksək gərginlikli elektrik xətti keçirdi: “Tok vurub, cərəyan qurudub zavallını”. Tamahı ucbatından, onunla oxşar tale yaşamasaydı, ölü leyləyi danlayardı da: “Bu genişlikdə səma sənə darlıq eləyirdi? Nə itiyin azmışdı məftillər arasında...”

Prokurorluğa geciksə də, oradan heç cür uzaqlaşa bilmirdi. Elə bil ölü leyləyin tilsiminə düşmüşdü: “Mən ki hər gün bu yolla gedib-gəlirəm. Necə olub, belə bir müsibəti görməmişəm?!..”

Sualı cavablandırmağa macal tapmamış, ikincisi şüurunu haqladı: “Bəs necə oldu indi, gördüm?..”

Nədən uzaqlaşıb, nəyə yaxınlaşdığının fərqinə varmadan, yeyin addımlarla irəliləyirdi. Yaxşı anlayırdı ki, getdiyi yer sonuncu deyil...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Samuil Marşakın “Pişiyin evi” tamaşası İxtisas musiqi məktəb-studiyası şagirdlərinin ifasında

Samuil Marşakın “Pişiyin evi” tamaşası İxtisas musiqi məktəb-studiyası şagirdlərinin ifasında

John Doe 1 saat əvvəl

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com