Hümbət Quliyev:
“Qozbeli qəbir düzəldər”
Bu atalar sözümüz tez- tez işlədilir, bu gün bir FB dostumun şərhində də oxudum. Mənası da odur ki, insanın elə çatışmazlığı olur ki, onun bu həyatda düzəldilməsinə şans yoxdur.
Mən kiçik bir araşdırma aparıb öyrəndim ki, bu misal eynilə ruslarda, ingilislərdə də var. Buna yaxın fikir çox dillərdə də var.
Mən güman edirəm ki, bu atalar sözü bizə qıraqdan, böyük ehtimalla ruslardan gəlib.
Ehtimalımı izah edim.
Ruslar, ümumiyyətlə xristianlar, ölünü arxasıüstdə basdırırlar. Qozbel kürəkdə olduğundan nəzəri cəhətdən ehtimal var ki, insanın qozbeli min illər ərzində qəbirdə az da olsa düzələ bilər.
Müsəlmanlarda, həmçinin bizlərdə dünyasını dəyişmiş insan qəbirə sağ böyrü üstdə qoyulur və kürəkdə yerləşən qozbelin nəzəri cəhətdən belə düzəlmək şansı yoxdur.
Bu səbəbdən hesab edirəm ki, bu atalar sözü bizdə belə səsləndirilməlidir: “Qozbeli heç qəbir də düzəltməz.”
Məncə belə deyim digər xalqların deyimindən də ötkəm səslənər.
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.