Nuray Həsənlinin solo konserti keçirilib
30 aprel tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşayiəti ilə Beynəlxalq müsabiqələr laureatı Nuray Həsənlinin (piano) solo konserti keçirilib. Həmçinin konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatı Surə Rüfət (violin) çıxış edib.Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru — Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.