BMA-da Dmitri Sitkovetski tərəfindən ustad dərs keçirildi
26 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında
görkəmli musiqiçi, dünya şöhrətli violin ustası və dirijor Dmitri Sitkovetski (Böyük Britaniya) tərəfindən ustad dərs keçirildi.
Ustad dərsdə Bakı Musiqi Akademiyasının magistratura pilləsinin I kurs tələbəsi Osman Mustafazadə (professor Z. Quliyevanın sinfi), II kurs tələbəsi Kənan Məmmədzadə (professor Hökumə Əliyevanın sinfi) və Bülbül adına orta ixtisas Musiqi Məktəbinin 11-ci sinif şagirdləri Qədir Günəşov, Səidə Əhmədova iştirak etdilər. Musiqiçilər Y.Sibeliusun Konsert (I hissə), İ.S.Baxın II sonatadan Andante-allegro, S.Barberin Konsert (I hissə), P.İ.Çaykovskinin Konsert (I hissə) əsərlərini ifa etdilər.
Üç saatdan çox davam edən ustad dərsdə D.Sitkovetski tələbələrlə ifaçılıq sənətinin sirrlərini bölüşmüş, hər bir musiqiçi üçün ifa zamanı texniki çətinliklərin necə aradan qaldırılması yollarını göstərmişdir. O, həmçinin istənilən bəstəkarın fərdi yaradıcılıq üslubuna yaxından bələd olub, sonra öyrəndiklərini ifaya tətbiq etməyi tövsiyə etmişdir.
Ustad dərs bitdikdən sonra Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli tərəfindən Dmitri Sitkovetskiyə BMA-nın fəxri professoru diplomu təqdim olundu.
Sonra Xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə ilə görkəmli musiqiçi Dimitri Siktovetski duet ifa edərək, tamaşaçılara xoş ovqat bəxş etdilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.