Sevgi mentalitet tanımır
Lənkəran Dövlət Dram Teatrında növbəti dəfə nümayiş etdirilən Cingiz Aytmatovun "Cəmilə" əsəri bizləri bir daha düşünməyə vadar edir. Əsəri uğurla səhnələşdirən, tamaşaya maraqlı və konkret səhnə həlli verən gənc rejissor İmran Ali Qurbandır.
Tamaşanı izlədikcə sanki Yunan fəlsəfəsinin dümyaya təlğin etdiyi fikirin tam döğruluğunun şahidi olursan. "İnsan tamdır, bütövdür, vahid varlıdır, sonradan ikiyə parçalanmışdır, yarısını tapdıqdan sonra bütövləşir, tamlaşır". Dahi Ç. Aytmatov "Sevginin qarşısında bütün xalqların mental dəyərləri acizdir, ona qalib gəlmək gücünə malik deyildir" fəlsəfəsini bizlərə aşılayır.
Rejissor əsərin ideyasından çıxış edərək, sevginin önündə diz çökməyi tamaşaçısına təlğin edir, onu mat qoyur...
Bəşəriyyəti məhəbbət xilas edəcəkdir. Sual yaranır, Daniyarın Cəmiləyə olan məhəbbəti, yoxsa Fərizənin İlhama məhəbbəti?.. Teatr tamaşaçısı Aytmatov dünyasında tam ziddiyətli bir aləmə qərq olur. Cəmilənin düşdüyü faciədən daha çöx qırgız ailəsinin təmizliyi və sadəlövlüyü özünü qabarıq göstərir.
Ana rolunun ifaçısı Aynur Əhmədova ailədaxili faciəni ürək yangısı ilə xırda ştixlərinə qədər bizlərə çatdırmağı bacarıb.Tamaşanın tapıntısı, mən deyərdim ki, həm də kəşfi Seyit rolunun ifaçısı Teymur Hacıızadədir. O, Cəmilənin sevgisinin qurbanıdır. Cəmilə rolunun ifaçısı Aysel Babazədə öz rolunun öhdəsindən bacarıqla gəlir. Daniyar rolunun ifaçısı Emil Rzayev də tamaşaçını düşündürməyə vadar edir. Özünəməxsus rollar ifaçısı Əbülfəz Axundov da bu tamaşada əsl xarakter yaratmışdır. Gənc aktyorlar Səyad Əliyev və Saleh Əzimzadə də öz maraqlı oyun tərzləri ilə fərqlənirlər.
Bir sözlə, "Cəmilə" tamaşası bizləri ziddiyətli təzadlar burluğanına düşürsə də, səhnə əsərinin rejissor həlli, aktyorların plastikası, obrazların daxili aləmini tamaşaçıya çatdıra bilmələri izləyiciləri sehrləyə bilir.
Lənkəran teatrı növbəti dəfə daha bir yeni uğurlu tamaşasına imza ata bilib.
Namiq AĞAYEV,
Lənkəran Dövlət Dram Teatrının baş inzibatçısı
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.