Fikrət Şiriyev:
İkinci Qarabağ müharibəsinə həsr edilən "Ana" filminin təqdimatı keçirildi
Əziz dostlar!
Dünən Rəşid Behbudov adına Mahnı teatrında görkəmli yazıçı və alim, ədəbiyyatımızda mənsur şeirin banisi, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycanın Xalq Yazıçısı Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyi ilə əlaqədar təntənəli tədbir və onun ssenarisi əsasında çəkilmiş "Ana" filminin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ilk sözü Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verdi. Sonra Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elmira Axundova, Millət vəkili Hikmət Babaoğlu, Bakı Dövlət Universitetindən Fikrət Şiriyev, hüquq müdafiəçisi Çingiz Qənizadə və başqaları çıxış edərək Gülhüseyn Hüseynoğlunun şərəfli ömür yolundan və yorulmaz fəaliyyətindən, alim, yazıçı və müəllim kimi nəcib keyfiyyətlərindən, insanları humanizmə. xeyirxahlığa, cəsarətə və vətənpərvərliyə səsləyən yaradıcılığından danışdılar. Tədbirin sonunda yazıçının 1944-cü ildə qələmə aldığı "Ana" hekayəsi əsasında müasirləşdirilərək İkinci Qarabağ müharibəsinə həsr edilib çəkilmiş "Ana" filminin təqdimatı keçirildi. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.