Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
Ermənistan Baş Prokurorluğu idmançı Kamil Zeynallının saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Kamil Zeynallı haqqında Ermənistan tərəfinin beynəlxalq axtarış elan etməsi haqqında heç bir rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Kamil Zeynallı ötən gecə Azərbaycana qayıdarkən Rusiyanın Domodedovo hava limanında saxlanılıb.
Azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının Moskvada saxlanması məlum səbəblərdən tamaşaçıların diqqət mərkəzindədir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu məlumatı təsdiqləyib. Saxlanma Ermənistanın tələbi ilə baş verib. Səfir qeyd edib ki, o, MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb. Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. K.Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.