Ukrayna Rusiyanı Qara dənizdə mülki gəmilərə hücum etməkdə ittiham edib
Rusiya dronları Qara dənizdə iki mülki gəmiyə hücum edib.
Bu barədə Ukraynanın İcmalar və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba məlumat verib. O bildirib ki, Panama bayrağı altında üzən gəmidə olan bir heyət üzvü həlak olub, daha iki dənizçi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Sent-Kits və Nevis bayrağı altında üzən ikinci gəmi də vurulub. Hücum nəticəsində üç heyət üzvü yüngül yaralanıb.
Kulebanın sözlərinə görə, hadisə Rusiyanın naviqasiya azadlığına, beynəlxalq ticarətə və qlobal ərzaq təhlükəsizliyinə qarşı müharibə apardığının daha bir sübutudur.
Nazir bildirib ki, "Mülki heyətlər, ticarət gəmiləri və humanitar və ixrac marşrutlarını dəstəkləyən dəniz infrastrukturu hədəfə alınır. Bu cinayətlər beynəlxalq səviyyədə açıq şəkildə terrorizm kimi qiymətləndirilməlidir. Dünya mülki dənizçilərin Rusiya silahları tərəfindən hədəfə alınmasına öyrəşməməlidir".










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.