Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Belqradın Taşmaydan Parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Militsa Rakiçə həsr olunmuş xatirə kompleksini ziyarət edib və önünə əklil qoyub.
Səfər proqramına uyğun olaraq general-polkovnik Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.
Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimində iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan və Serbiyanın dövlət himnləri səsləndirilib.
Görüş zamanı tərəflər hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər mövzular müzakirə edilib.
Qeyd etmək lazımdır ki, səfər çərçivəsində müdafiə nazirinin Buyanovac şəhəri yaxınlığında keçirilən "Platinum Wolf 2026" beynəlxalq taktiki təlimində "Baş Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.
Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycandan olan hərbçilər Serbiyada keçirilən genişmiqyaslı çoxmillətli "Platinum Wolf 2026" təlimində iştirak edirlər.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.