Kamil Zeynallı Rusiyada saxlanıldı
Tanınmış idmançı, karantin günlərində aztəminatlı ailələrə yardımların təşkili və paylanması ilə məşhur olan Kamil Zeynallı Rusiyada həbs olunub.
İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı hadisəyə münasibət bildirib.
O, ölkə başçısından kömək istəyib: “Bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın”, - G.Zeynallı qeyd edib.
Xatırladaq ki, Kamil Zeynallı yaydığı videomüraciətdə "Domodedovo” hava limanında saxlanıldığını deyib.
Məlumata görə, onun saxlanılma səbəbi ermənilərin beynəxalq axtarışa verməsidir. Kamil video müraicətlə dövlət qurumlarından yardım istəyib. O, bu gün hakim qarşısına çıxarılacaq.
X X X
"Məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır".
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə idmançı Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı suala cavabında deyib.
X X X
Fitnes məşqçisi Kamil Zeynallının Moskvada hava limanında saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Görüntülərdə Kamil Zeynallının hava limanında saxlanılan digər şəxslərlə birgə otağa salınması, onun şəxsi əşyalarının alınması əks olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.