Firuz Mustafa:
Leyla Şərifovanı kim xatırlayır?
...Mətbuatda oxudum ki, Azərbaycan SSR və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova bu il fevral ayının 19-da, 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Xatırladaq ki, Leyla Şəripova 1930-cu il 22 yanvar tarixdə anadan olub. Bəzi sənədlərdə onun 1931-ci ildə doğulduğu qeyd olunub. Zənnimcə, birinci tarix daha doğrudur. Çünki 85-ci ildə onun ad günüylə, yəni 55 illiyi ilə bağlı konsrt verdiyi çoxlarının yadında ola bilər.
Mən bu xanımı tanıyırdım... O, bir zamanlar çox şöhrətli idi. Ona “Şərq bülbülü” də deyirdilər...
Tacikistanda 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.
Leyla xanım Bakıya niyə gəlmişdi? O, Tacikistanda da nüfuz sahibi idi, oranın Xalq artisti idi. Xanım Şərifova çox zəhmətkeş və müəyyən qədər şöhrətpərəst xanım idi. Bir neçə dil bilir və həmin dillərdə oxuyur, hətta şeir yazırdı. O, istəyirdi ki, Azərbaycanın da Xalq artisti adını alsın. Daha sonra SSRİ xalq artisti adını almaq asan idi. O, Azərbaycanın Xalq artisti oldu, amma sonra Bakını tərk etdi... Yeri gəlmişkən onu da demək lazımdır ki, vaxtilə Tacikistanda, sonralar Azərbaycanda çox yüksək vəzifədə işləmiş, Leyla xanımla qonşu olmuş, müğənninin sənətinin pərəstişkarı kimi tanınan bir şəxs, onun Bakıya gəlməsində əsaslı rol oynamışdı. Dediyimiz kimi, L.Şərivova Bakıya həm də karyerasının yüksəlişi üçün gəlmişdi...
Leyla Şəripova Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxışlar edib.
Müğənninin repertuarında əsasən türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları mühüm yer tutub.
Bəs mən Leyla xanımı haradan tanıyırdım?..
Məsələ burasında idi ki, Leyla Şərifova Bakıda olarkən AzTv-də solist kimi çalışırdı. Onu tez-tez Ədəbi dram, Musiqi və Gənclik redaksiyalarında görərdim. O vaxtlar mən Tv-də bir sıra verilişlərin aparıcısı və ssenari müəllifi idim. Onun maraqlı söhbətləri vardı. Tacik-fars və Azərbaycan dillərində şeirlər söyləyərdi. İnanclı idi.
Yadımdadır, Leyla xanım səksənlərin sonlarında Almaniyaya köçdü. Gedərkən Montindəki evlərinin mebellərini mənim yaxın bir şair dostuma satdı. Onlar hər ikisi kövrəlmişdi. O da yadımdadır ki, müğənni xanımın alma yanaqlarını göz yaşları islatmışdı...
Sonralar eşitdim ki, Leyla xanım Almaniyaya köçəndən sonra, orada da yaradcılıq fəaliyyətini davam etdirir.
O, üç dəfə rəsmi ailə qurmuşdu. Sonuncu əri milliyyətcə əfqan olub. Adını yuxarıda çəkmədiyim şair dostumun dediyinə görə həmin adam Əfqanıstan hökmdarı kral Zahir şahın yaxın qohumlarından biri idi.
Səhv etmirəmsə, Leyla Şəripovanın bir qızı vardı ki, o da indiki İqtisadiyyat Universitetini bitirmişdi...
Allah rəhmət eləsin!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.