Kərim Kərimli:
Laçın həmişə olsun! Azər müəllim də Laçında həmişə olsun!
Laçın işğaldan azad olunandan sonra ilk dəfə getmişdim, ötən ilin avqust ayında.
... Çox işlər oldu, bu, heç...
Birini danışım.
Zəng etdim Qəzənfər Hüseyn müəllimə, görüşdük. Hal-xoşdan sonra dedi ki, gəl Azər Məmmədov müəllimə də zəng edək, gəlsin gedək bir çay içib söhbət eləyək.
Qəzənfər müəllim ona zəng elədi, dedi ki, Kərim gəlib, gəl görüşək, söhbət edək.
Azər müəllim cavab verdi ki, bəs filan yerdəyəm, camaatla söhbət edirəm, ya gəlin bura, ya da gözləyin gəlirəm.
Bir az gözlədik, gəlmədi.
Özümüz getdik o dediyi yerə.
Gördük ki, təxminən 50-60 nəfər yığışıb bunun başına və Azər müəllim çox emosional şəkildə danışır.
Nəyisə izah edir, nəyisə sübut edir, hər şeyin yaxşı olacağını, bütün işlərin düzələcəyini söyləyir və s.
Yaxınlaşıb salam verdik, salamımızı atüstü alıb söhbətinə davam elədi.
Bir az aralandıq.
Qəzənfər müəllim üzünü mənə tutdu:
- Bu adam 35 ildir bax bu şəkildə danışır, izah edir, sübut eləyir, xalqın birliyinə çalışır. Bunu camaatdan ayıra bilməyəcəyik. Gəl gedək, nə vaxt qurtarsa, özü gələcək.
Dedim:
- Qəzənfər müəllim, mənə əlavə beş dəqiqə verin, gəlirəm.
- Bax də, - cavabı bu oldu.
Yaxınlaşdım Azər müəllimin alovlu çıxışına qulaq asan topaya və dedim (o danışa-danışa):
- Ay camaat, xahiş edirəm, icazə verin, Azər müəllimə bir sözün var, onu deyim, gedirəm.
Hamı birdən dedi ki, buyur-buyur, nə sözün var de.
Üzümü ona tutdum:
- Azər müəllim, sizi komsomolun birinci katibi çağırır!
Cavab şimşək kimi çaxdı:
- Get, gəlirəm!
...Və...
Qəflətən dayandı və mənə tərəf döndü:
- Kim? Deyirsən kim çağırır məni?
- Komsomolun birinci katibi! - dərhal cavab verdim.
- Hansı komsomolun? - təəccüblə soruşdu.
- Laçın rayon komsomol komitəsinin! - qıvraq dedim.
- A kişi, sən nə danışırsan? - bir az da heyrətlə baxdı. - Nə komsomolu, nə birinci katibi?
- Azər müəllim, - dedim, - burda təəccüblü nə var ki? Deyirəm Laçın rayon komsomol komitəsinin birinci katibi sizi çağırır, siz nə deyirsiniz?
Bir az duruxdu və ucadan dedi:
- Hanı o birinci katib?
Əlimi divarın dibində kölgədə qoyulmuş kötüyünü üstündə oturub, bizə tərəf baxaraq gülən Qəzənfər müəllimi göstərdim və özüm də ona tərəf getdim.
Azər müəllim arxamca gələrək qolumdan tutdu:
- Bəs siz kimsiniz?
- Mən də Kəriməm, - dedim.
- Hansı Kərim?
- Kərimli Kərim! - deyə gülə-gülə cavab verdim.
- Allah sənə insaf versin! - deyib qucaqladı məni.
Laçın rayon komsomol komitəsinin keçmiş birinci katibi Qəzənfər Hüseynov da ayağa qalxıb ikimizi də qucaqladı:
- Belə zarafat hələ olmamışdı, - dedi.
...
İki gün öncə Azər Məmmədovun ad günü idi.
Onu ürəkdən təbrik edirəm.
Onunla Laçında, Bakıda, Kişineuda (Moldova) Bakıda və yenə də Laçında görüşmüşəm.
Laçın həmişə olsun!
Azər müəllim də Laçında həmişə olsun!!!
P.S. Düzdür, iş elə gətirdi ki, biz Qəzənfər müəllim və Azər müəllimlə (yəni üçümüz) nə Laçında çay içə bildik, nə də şəkil çəkdirə. Amma üçümüz birlikdə Azad Laçın havasından uda bildik.
Yaşasın Azadlıq!!!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.