"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi
May ayının 31- də"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbacan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra ilk olaraq sözü Azərbaycan Yazıçılar Birliyininin üzvü, "Qoşma" Ədəbi Məslisinin sədri Qəzənfər Məsimoğluna verdi. Qəzənfər müəllim “Çeşmə” Ədəbi Məclisinin görüşlərinin tez-tez keçirilməsini alqışladı və təşkilatçılara, həmçinin iştirakçılara uğurlar dilədikdən sonra öz şeirlərindən bir neçəsini səsləndirdi. "Qoşma" Ədəbi Məclisinin Poeziya şöbəsinin rəhbəri Əzizə Ağahüseynqızına söz verildi. Əzizə xanım da Ədəbi Məclisə uğurlar dilədikdən sonra öz şeirlərindən bir neçəsini səsləndirdi. Məclisdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, şair Əhməd Haqsevərə söz verildi. O da məclis üzvlərini təbrik elədikdən sonra qəzəllərindən səsləndirdi. Sonra məclisin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin üzvü, şair-qəzəlxan Əşrəf Pirşağılıya söz verildi. O, məclis iştirakçılarını salamladıqdan sonra özünün qələmə aldığı qəzəllərindən bəzilərini səsləndirdi. Sonra
tanınmış şair- qəzəlxan Ağamirzə Qailə söz verildi. O da bu Ədəbi Məclisin Əruzun və gənc şairlərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclis rəhbərinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi. Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da növbə ilə hər biri öz şeirlərini səsləndirdi. Məclisdə iştirak edən tanınmış şairlərdən Vahid Çəmənli, İldırım Qəhrəmanov, Rəşid Vəkil, Ziyafət Tovuzlu, Əliyar Mərdiyev, Sevinc Murad, gənc şair Elçin Nur öz şeirlərindən səsləndirdilər. Qəzəlxanlardan Vüqar Rahi, Mahir Məmmədov və Azər Vahid, qəzəllərindən nümunələr səsləndirdilər. Tanınmış şairə Sona Xəyal öz şeirlərini səsləndirdikdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Lilpar xanım Məclisdə çəkilən şəkillərı və videoları tarixə çevirən, işinin peşəkarı olan Cəbrayıl Qənbərə də öz təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.