Orxan Fikrətoğlu:
Kino bizim üçün yumşaq siyasətdir
Özbəkistan Respublikası məni kino fədaisi kimi tanıyır.Və bu minvalla medal da göndərib.Sağ olsunlar.
ARKA-ya 4 aydır rəhbərlik edirəm. Az iş görmədik.Ssenari lobaratoriyası yaratdıq.Dünya çaplı Semih Kaplanoğlunu lobaratoriyaya rəhbər təyin etdik.Özbəkistan və Türkiyə ilə 3 mövzu üzrə memarandum imzaladıq.Bu il 3 müştərək film çəkiləcək.
Фазиль Гусейналиев:
Təbrik edirik, Orxan bəy! Yeni filmlər gözlüyürük. Yəqin ki, böyük qələbəmiz haqqında filmlər çəkilməyə başlayacaq nəhayət ki. Siz də bu günü gözləmisiniz illərlə, siz də bu yolda döyüşmüsünüz öz sənətinizlə. "Yalan" filminin davamını çəkə bilsəz, Siz də bu mübarizəyə öz sahənizdə nöqtə qoymuş olarsınız.
QEYD. Sarı fonda verilən başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
Uğurlar arzulayırıq bütün kinematoqrafiya sisteminə!
Gənclərə,heç zaman mövcud olmayan 16 film çəkmək şansını yaratdıq.
Müsabiqə qalibi olan 11 film fevralın sonu istehsalata buraxılır.
Prodyuser kursları açdıq.30 -yaxın yeni kadr yetişdiririk.2022- ci ilin borclarını ödədik.Şamil Mahmudbəyovun baş daşını bərpa etdik.Tələbə Gənclər festivalını təsis etdik."Postprodakşn" dövründə olan bütün layihələrin müraciətini bu ildən dəyərləndiririk.Keçən il üç beynəlxalq festival keçirdik.Bu il isə artıq beş festival keçirməyi düşünürük.Türksoyla,TRT ilə sazişlər imzaladıq.Apelyasiya komissiyası yaratdıq.Ssenarilərin inkişaf proqramını təsis etdik.Prodyuser gildiyasını canlandırdıq.Özəl sektoru,prodyuser şirkətlərini stimullaşdırdıq.Akademik musiqi camiyyəsinə aid olan üç sənədli filmin qalasını keçirdik. Hadrut və Tağıyev layihələrini maliyyələşdirdik.Animasiya və qeym sektorunu şəkilləndirdik.ARKA -nın daxili strukturunu yenidən qurduq.Film istehsalını tam olaraq özəl sektora ötürdük..Qanunvericilikdə dəyişikliklərin olması üçün dövlət strukturları ilə işə başladıq.ARKA -nın bədii şurasını,seçim komissiyasını yaratdıq.Statistika saytını təsis etdik.Və sairə və ilaxir.Ən əsası bizə qarşı olan açıq və gizli təzyiqlərə rəğmən mükəmməl və yeni vahid şəffaf kino idarəçiliyi modelini yaradırıq.Nəticələr də olacaq.İstehsal münasibətlərinin bərpası,milli məzmunlu universal ssenari axtarışı, istedadlı müəlliflərin tapılması,yetişdirilməsi və kino camiyəsinin sənayeləşməsi əlbətdə ki,bizdən zaman istəyir.
Biz isə zamanın fövqündəyik.Və bunu bilirik.
Milli kino bizim üçün peşədən böyük məna daşıyır.Kino bizim üçün həm yumşaq siyasətdir, həm ideoloju həqiqətdir.Həm sənətdir.Həm də həyat hekayələrimizin təşviqidir.Yeni və istedadlı mühit,şəffaf idarəçilik modeli ən yaxın bir zamanda öz bəhrəsini verəcək.Mən buna inanıram.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.