Nəriman Qasımoğlu:
JOHN COBB -99
Amerikalı dostlarımdan biridir.
Alfred North Whitehead-in banisi olduğu fəlsəfi cərəyana aid proses fəlsəfəsi və proses ilahiyyatçılığı sahəsində yazdığı əsərlərinə görə ən parlaq alimlərdən biri kimi tanınır. 50-dən artıq kitabın müəllifidir. Proses ilahiyyatçılığının əsasını qoyanlardan biridir.
Yazılarının ümumi məzmunu ekoloji qarşılıqlı asılılıq məsələsini vurğulayır. O ideyanı ki, ekosistemin hər hissəsi digər hissələrinin mövcudluğuna güvənir.
Professor Cobb araşdırmalarında rəhbər tutduğu trans-sahə yanaşması ilə məşhurdur. Söhbət müxtəlif araşdırma sahələrinin ərsəyə gətirdiyi düşüncələr və fərqli elmi istiqamətlər arasında məhsuldar əlaqə yaratmağı, onları bir-birinə qovuşdurmağı nəzərdə tutan yanaşmadan gedir. Tədqiqatlarında qoyduğu problemlərə bu əhatəli yanaşması ilə Cobb bir sıra elmi istiqamətlərdə - ilahiyyat, ekologiya, iqtisadiyyat, biologiya, sosial etika sahələrində mötəbər söz sahibinə çevrilmişdir.
Onunla 2010-cu ildə Amerikada tanış oldum. “Bibliyada və Quranda ekoteoloji uyğunluqlar” əsərimi çox bəyənmiş, yazdığı məktubunda “möhtəşəm yazıdır” deyə dəyərləndirmişdi.
Hər görüşümüz gözəl bir xatirəyə çevrilirdi. Kaliforniyada məni öz həmkarlarına həvəslə təqdim edirdi.
Ötən illərdə məni bütün səfər xərclərimi boynuna götürərək Amerikada bir konfransa dəvət etmişdi, gedə bilməmişdim deyə təəssüflənmişdim.
2019-cu ildə isə cənubi Koreyada mötəbər bir tədbirə - Ekoloji Sivilizasiya Forumuna dəvət etdi, sessiyaların birində moderatorluğu mənə həvalə etdi. Yaddaqalan, məzmunlu görüşlərimiz, söhbətlərimiz oldu. Bir dəfə zarafata salıb dedim, “görürsünüz də, mən yazılarımda Qurandan başqa hansı müqəddəs kitabdan sitat gətirirəmsə, bunun rahatlıqla vəhy qaynaqlı olduğunu yazıram”. O da gülə-gülə dedi, “sənin işin asandır, çünki müsəlmansan, qəliz olan təkcə öz kitablarına inananların işidir".
Amerikada onun 99 illiyini təntənəli bayram keçirib qeyd ediblər. Tədbirə zoom-la qoşulmaq istəyirdim, vaxt fərqi öz işini gördü, yuxuladım. Ertəsi gün təbrikimi göndərdim.
Cavabında Çin adətinə işarə edərək yazır:
"Çox sağ ol. Sən Çində doğulursansa, ilk doğum günün dünyaya gəldiyin gün sayılır. Və mənim doğulduğum Yaponiyada da belədir. Təbrik etdiyin 99-cu ilim onlara görə 100-cü idi. Çinli dostlarımız təsirli bir parti təşkil etdilər. 100 illiyimi ikinci dəfə də qeyd etməli olacağam..."
Möhtəşəm, hər mənada nümunəvi şəxsiyyətdir!
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.