Zərərsizləşdirilən erməni hərbçilərdən birinin 67 yaşı var imiş
Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Ermənistan Müdafiə Nazirliyi "qisas əməliyyatı"ndan sonra ölmüş 4 hərbçisinin adlarını açıqlayıb.
Qeyd olunub ki, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində təxribata əl atması nəticəsində məhv edilən erməni zabitlərdən biri də Hraçya Taliş oğlu Hovhannisyan olub. O, 1957-ci il təvəllüdlü olub.
67 yaşlı şəxsin hələ də hərbçi kimi xidmət etməsi ermənilər arasında birmənalı qarşılanmayıb. Belə ki, hərbi kadr çatışmazlığından əziyyət çəkən məğlub Ermənistan yaşlı şəxsləri hələ də orduya cəlb edir.
Qeyd edək ki, fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Görünür, ermənilər "Dəmir Yumruq" əməliyyatı üçün darıxıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.